Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası payızda toplanacaq

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının bu ilin oktyabr və ya noyabr aylarında keçirilməsi planlaşdırılır.

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç məlumat verib. 

Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən Hulusi Kılıç bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə genişlənir. Getdikcə güclənən Azərbaycan ordusu bölgənin ən güclü ordularından birinə çevrilib.

Azərbaycan və Türkiyə arasında imzalanacaq qaz sazişləri ilə bağlı suala cavab verən H. Kılıç bu məsələdə hər iki tərəfin mütəxəssisləri tərəfindən texniki məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

31 Avqust, 2011  05:06 Baxılıb: 1451

Bu bölmədə