Simsar.az | bizi özünüzə Simsar bilin
YAPONİYANIN YENİ BAŞ NAZİRİ

Maliyyə naziri Yoşihiko Noda hakim Demokratik partiyanın yeni lideri seçilib

Yaponiyanın maliyyə naziri Yoşihiko Noda hakim Demokratik partiyanın yeni lideri seçilib. Bu isə Yoşihiko Nodanın ölkənin növbəti baş naziri olacağı deməkdir. Parlamentdə sabah bununla bağlı səsvermə keçiriləcək. Yoşihiko Noda parlamentin səsverməsində dəstək qazanacağı halda, ölkənin beş ildə altıncı baş naziri olacaq. Yoşihiko Noda ilk çıxışında Yaponiyanın böyük problemləri ilə mübarizədə partiya daxilində birliyə çağırıb.

Xatırladaq ki, martın11-də baş vermiş güclü zəlzələ və dağıdıcı sunamidən sonra tənqidlərlə üzləşən baş nazir Naoto Kan avqustun 26-da hakim partiyaya liderlikdən istefa vermişdi.

29 Avqust, 2011  21:42 Baxılıb: 897

Bu bölmədə