Simsar.az | bizi özünüzə Simsar bilin
“TALİBAN” PAKİSTANA HÜCUM ETDİ: 30 ÖLÜ

“Taliban” Hərəkatının 100-ə qədər silahlı üzvü Əfqanıstan-Pakistan sərhədini keçərək Qodibar kəndinə hücum edib.

Silahlılar öncə ağır silahlardan və minaatanlardan istifadə edərək Qodibar kəndi ətrafındakı 3 nəzarət-keçid məntəqəsini ələ keçiriblər. 

Daha sonra kəndə hücum olub. 30 nəfər həyatını itirib. “Taliban” silahlılarından isə 9-u öldürülüb. Hazırda kənd silahlıların nəzarəti altındadır və döyüşlər davam edir.

27 Avqust, 2011  23:45 Baxılıb: 864

Bu bölmədə