Simsar.az | bizi özünüzə Simsar bilin
Taxıl istehsalı artdı

Artım 4-dəfə olacaq

Simsar.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı 2011-ci il avqustun 22-i vəziyyətinə payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) yığımı haqqında operativ məlumatda bildirilir.

Məlumata əsasən, indiyədək dənli və dənli paxlalılar əkilmiş 933,6 min ha sahənin 99,7%-də biçin işləri başa çatıb. İndiyədək sahələrdən 2,3 mln. ton məhsul yığılıb ki, bu da ötən ilə nisbətən təqribən 450 min ton və ya 24,2% artıqdır. Bu dövrdə 1 hektardan yığılan məhsul 24,7 sentner təşkil edib ki, bu da 2010-cu ilə nisbətən 4,9 sentner və ya 24,7% artıqdır.

Əkin sahələrinin 654,2 min hektarında buğda əkilib, indiyədək buğda əkini sahələrinin 99,97%-i biçilib. Biçilmiş sahələrdən 1,640 mln. ton buğda yığılıb ki, bu da ötən ilə nisbətən 25,5% artıqdır. Buğda əkini sahələrində məhsuldarlıq 1 hektardan 25,1 sentner təşkil edib.

Hesabata əsasən, bu il payızlıq və yazlıq dənli və dənli paxlalıların, o cümlədən buğdanın əkin sahələri 2010-cu ilə nisbətən 0,5% azalıb. Buna baxmayaraq, əldə olunan məhsulun artımı məhsuldarlığın yüksəlməsi hesabına baş verib.

27 Avqust, 2011  17:41 Baxılıb: 1164

Bu bölmədə