Simsar.az | bizi özünüzə Simsar bilin
İLHAM ƏLİYEV MARİAN LUPUYANI TƏBRİK EDİB

Prezident  moldovalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikası Prezidentinin vəzifəsini müvəqqəti icra edən Marian Lupuya təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri zəngin ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Marian Lupuya ən xoş arzularını yetirib, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyib.

27 Avqust, 2011  01:22 Baxılıb: 886

Bu bölmədə