Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTİN SƏRƏNCAMI

Azərbaycan Prezidenti Kürdəmir rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 870 (səkkiz yüz yetmiş) min manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

27 Avqust, 2011  01:04 Baxılıb: 981

Bu bölmədə