Simsar.az | bizi özünüzə Simsar bilin
MSK DSK-ların qərarını ləğv edib

Qurumun iclası olub

APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 23 avqust 2011-ci il tarixli protokolu təsdiqlənib.

Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən biri 109 saylı Balakən seçki dairəsi ilə bağlı olub. DSK məntəqə seçki komissiyasına ayrılmış yerlərin partiyalar arasında bölüşdürülməsi barədə qərar qəbul edib. MSK məsələni araşdırdıqdan sonra DSK-nın qərarını ləğv edib.

Analoji müraciət 94 saylı Bərdə kənd seçki dairəsindən də olub. Burada müraciət Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə tərəfindən edilib. MSK bu DSK-nın məntəqə seçki komissiyasına ayrılmış yerlərin partiyalar arasında bölüşdürülməsi barədə qərarını da ləğv edib.

Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədrinin 100 və 101 saylı seçki dairələri ilə bağlı müraciət isə təmin edilməyib. Sonda 5 saylı Şahbuz-Babək seçki dairəsi seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Sonda cari məsələlərə baxılıb.

26 Avqust, 2011  22:41 Baxılıb: 1111

Bu bölmədə