Simsar.az | bizi özünüzə Simsar bilin
“Türkiyə Qərbin sui-qəsd planında iştirak etməməlidir”

Əhmədinejat Türkiyəyə mesaj verdi

İran prezidenti Mahmud Əhməinejad Suriya məsələsində Türkiyənin Qərb ölkələrinin "kompleks sui-qəsdlər”inə düşməməsi üçün diqqətli olmasının vacibliyini bildirib.  

Livandakı Hizbullah birləşməsi ilə bağlı “El Manar” telekanalına müsahibə verən Əhmədinejad Suriya xalqı və dövlətindən islahat üçün bir araya gəlib dialoq aparmalarını təklif etdi.

Əhmədinejada görə, Qərb ölkələri Liviya kimi, Suriyaya da hücum etmək istəyir: “Suriyaya islahat lazımdırsa, bunu xalq və dövlət birlikdə həyata keçirməlidir. Qərbə islahat lazım deyil. Onlar insanlıq üçün deyil, pul və neft üçün çalışırlar.

Müxbirin "Türkiyənin Suriyadakı proseslərə münasibəti sizin üçün gözlənilməz oldu” sualına Əhmədinejat "Türkiyə rəsmilərilə tez-tez təmasdayıq. Qərbin sui-qəsdləri komplekslidir. Ölkələr müəyyən vaxtlarda onlardan başqaları üçün istifadə olunmasına yol verməməlidilər. Qərb xərclərini bölgə ölkələrinə ödətərək regiona sahib çıxmaq niyyətindədir”.

RAMİL

26 Avqust, 2011  19:59 Baxılıb: 1003

Bu bölmədə