Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Almatıdakı sammitə qatılacaq

Azərbaycan prezidenti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammiti oktyabrın 20-21-də Almatıda keçiriləcək.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana rəsmi səfər edəcək. İki gün davam edəcək səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair dövlətlərarası sazişlər imzalanacaq. İmzalanacaq sənədlər arasında gəmi ticarəti, neft hasilatı və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər var.

26 Avqust, 2011  19:59 Baxılıb: 965

Bu bölmədə