Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi 25 ton qızılla qaçıb

O, qızılları əridə bilməyib

Liviya lideri Qəddafinin 25 ton qızılla qaçdığı xəbəri yayılıb.

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə, Qəddafi Liviyanın qızıl ehtiyatlarının əhəmiyyətli bir qisimini əl keçirərək, xərcləyir.

Liviya Mərkəzi Bankının keçmiş başçısı Farhat Bengdara İtalya qəzeti olan “Corriere della Sera”ya bildirib ki, Qəddafi yaxın günlərdə bir nəfər şəxsə 25 ton qızıl satmağı təklif edib. Liviyalı olmayan həmin adam isə bu təklifi qəbul etməyib.

Bendara, Liviyanın qızıl ehtiyatı və pulunun təxminən 170 milyard dollar olduğunu amma çoxunun dondurulduğunu ifadə edib.

Bu arada Ərəb Birliyi Liviyalı müxalifətçilərin yaratdığı Liviya Milli keçid Şurasını Liviya xalqının qanuni nümayəndəsi kimi tanıyıb. Onlara dəstək verdiklərini ifadə edən Ərəb Birliyinin baş katibi Nəbil əl Ərəbi Milli keçid Şurasının Ərəb Birliyinə tam üzv olaraq qəbul ediləcəyini vurğulayıb.

Aynurə

26 Avqust, 2011  19:39 Baxılıb: 1087

Bu bölmədə