Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi Kondaliza Raysın şəkillərini yığırmış

Diktator ABŞ-ın keçmiş dövlət katibinə vurulub

Simsar.az ABŞ-ın Dail Mail qəzetinə istinadən xəbər verir ki, Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi ABŞ-ın sabiq dövlət katibi Kondaliza Raysın heyranı olduğu üzə çıxıb. 

Belə ki, Qəddafinin Babil Əziziyyədəki qərargahını ələ keçirən müxalifətçilər buradan Kondaliza Raysın şəkilləri ilə dolu olan albom tapıblar.
Məlumatda bildirilir ki, Qəddafinin 2007-ci ildə Əl Cəzirə telekanalına verdiyi müsahibəsində söylədiyi sözlər də onun Kondaliza Raysa qarşı isti münasibətinin olmasından xəbər verir.

O müsahibəsində belə deyib: “Sevgili qara Afrikalı qadınımı dəstəkləyirəm. Ərəb liderlərinə əmr verdiyi üçün onunla qürur duyuram. Ah, Liza, Liza, Liza Onu çox sevirəm. Onunla qürur duyuram, çünki Afrika kökənli qara bir kadın”.

26 Avqust, 2011  19:08 Baxılıb: 1030

Bu bölmədə