Simsar.az | bizi özünüzə Simsar bilin
"SİMSAR"IN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röya Ayxan “Sənə görə” mahnısı bu həftə liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röya Ayxanın “Sənə görə” mahnısıdır. Ziyarətçilərin səsverməsinə əsasən ikinci yeri Safura Əlizadə “March On” mahnısı, üçüncü yeri isə İradə İbrahimovanın “De, hardasan” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Bəyimxanım Mirzəyeva “Yollara yağış yağır”, beşinci yerdə “Qala” qrupunun “Dünya böyük bir qala” mahnılarıdır.

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Natəvan Həbibinin “Ulduzlar”, Zamiqin “Mənimlə qal”, İlqar Muradovun “Bir arzu”, Aybəniz Haşımovanın “Unutdun məni” və Nurlan Növrəslinin “Heç Bir Kəs” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

26 Avqust, 2011  16:10 Baxılıb: 1197

Bu bölmədə