Simsar.az | bizi özünüzə Simsar bilin
LİVİYANIN RUSİYADAKI SƏFİRLİYİNDƏ YAŞIL BAYRAQ ENDİRİLİB

Liviyanın Rusiyadakı səfirliyində Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin yaşıl bayrağı endirilib

Liviyanın Rusiyadakı səfirliyində Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin yaşıl bayrağı endirilib. Rusiya mətbuatının verdiyi məlumata görə, səfirliyin binasında bayraq endirilsə də, əvəzinə başqa bayraq qaldırılmayıb. Hal-hazırda səfirliyin binası qarşısında KİV nümayəndələri toplaşaraq yeni bayrağın qaldırılmasını gözləyirlər. Bütün bu baş verənlər barəsində hələlik səfirlikdən rəsmi məlumat verilmir. Qeyd edək ki, Liviyanın Qazaxıstandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb.

25 Avqust, 2011  21:58 Baxılıb: 2999

Bu bölmədə