Simsar.az | bizi özünüzə Simsar bilin
"Zəfər bayramı" təxirə salındı

Səbəb Türkiyədəki terraktlardı 

“Zəfər Bayramı” və “Türk Silahlı Qüvvələr Günü” münasibəti ilə 30 Avqust 2011-ci il saat 20:00-da, Gülüstan sarayında keçirələcək olan tədbir təxirə salınıb. Bu barədə Türkiyə səfirliyindən daxil olan məlumatda bildirilir.


Qeyd olunur ki, ənənəvi olaraq hər il təşkil olunan təntənəli tədbirin təxirə salınmasının səbəbi son günlər Türkiyədə yaşanan qanlı terror hadisələridir.

Məlumatda bildirilir: "Məhz son günlərdə ard-arda gələn şəhid xəbərləri və artan terror hadisələri səbəbi ilə Azərbaycanda 1992-ci ildən bəri hər il keçirilən və 1000-ə yaxın qonağın iştirak etdiyi “30 Avqust Zəfər Bayramı” ve “Türk Silahlı Qüvvələr Günü” ilə bağlı tədbir bu il keçirilməyəcək. Bu hər şeydən əvvəl şəhidlərimizə və Türk millətinin mənəvi dəyərlərinə göstərilən sayğı, ehtiram və vəfadan irəli gəlir".

Qeyd edək ki bu il, 89-cu ildönümü tamam olan “30 Avqust Zəfər Bayramı” ilə bağlı nəzərdə tutulan bütün bayram tədbirləri ləvğ olunub. Məlum olduğu kimi, “30 Avqust Zəfər Bayramı” şanlı Türkiyə ordusunun Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanların üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur.

25 Avqust, 2011  19:10 Baxılıb: 912

Bu bölmədə