Simsar.az | bizi özünüzə Simsar bilin
İRANDAN TÜRKİYƏYƏ ŞOK İTTİHAM

Türkiyə bizim adımıza təşəbbüslər irəli sürür

İranın keçmiş prezidenti Şəhrudi Türkiyəyə qarşı ittihamlar irəli sürüb.

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə, Şəhrudi, Türkiyədəki islamı "liberal İslam" olaraq xarakterizə edib. O, qərbin bölgədə "həqiqi İslam" yerinə Türkiyədə liberal İslam yaratmağa çalışdığını dilə gətirib.

Şəhrudi, Türkiyənin liberal İslamı yayaraq, Orta şərqdə yaşanan inkişafları öz lehinə istifadə etməyə çalışdığını iddia edib.

Qərb gücləri və bölgə ölkələrinin İranla əlaqə yaratmasından qorxduğunu deyən iranlı lider, "Qərb buna görə Türkiyədə liberal İslam kimi yeni İslam modelləri ortaya ataraq, həqiqi İslamın yerinə bunu yerləşdirmənin yollarını axtarır"- iddiası ilə çıxış edib.

Şəhrudi, Misir xalqının ABŞ və İsrailə isti baxmadığını müdafiə edib: "İsraillə əlaqə quran və ABŞ-ın müttəfiqi olan Türkiyə, Misirdəki müqavimətin hamisi kimi davranaraq, bizim adımıza təşəbbüslər irəli sürür”.

İranlı lider, əzilən Fələstin xalqıyla müqavimət cəbhəsinə həqiqi dəstək verdiyini bildirib.

Aynurə

25 Avqust, 2011  18:32 Baxılıb: 1051

Bu bölmədə