Simsar.az | bizi özünüzə Simsar bilin
Somalinin baş naziri Ərdoğana təşəkkürünü bildirib

“Ərdoğan dünyaya dərs verdi”

Somalinin baş naziri Abdivəli Məhəmməd Əli Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə, Somalinin baş naziri Ərdoğanın ailəsi ilə birlikdə bu ölkəyə ziyarət etməklərini hər kəsin Somaliyə gələ biləcəyi mövzusunda dünyaya dərs verdiyini söyləyib.

Türkiyənin dünyanın 16-cı, Avropanın isə 6-cı böyük ölkəsi olduğunu ifadə edən baş nazir, Ərdoğanın Somaliyə səfərinin əhəmiyyətdən danışıb. Məhəmməd Əli Somali xalqına etdiyi kömək və diqqət üçün Türkiyə hökumətinə xalqı adından minnətdar olduğunu deyib. O, bildirib ki, əkinçilik və balıqçılıq mövzusunda türk investorları Somalidə sərmayə yatırmaqla bu sahənin inkişafına yardım edə bilərlər.

Baş nazir həmçinin türk həkimlərinin 8 ayrı düşərgədə 2 min xəstəni müalicə etdiyi üçün ayrıca minnətdarlığını dilə gətirib.

Türkiyəli həkimlər isə, gətirdikləri 2 ton dərmanla insanların sağlamlığının keşiyində duracaqlarını, Somalililərə kömək və onların müalicələrinə davam edəcəklərini boynuna götürüblər.

Aynurə

25 Avqust, 2011  18:09 Baxılıb: 913

Bu bölmədə