Simsar.az | bizi özünüzə Simsar bilin
Dünyanın ən güclü qadınları

“Forbes” jurnalı dünyanın ən güclü qadınlarının reytinqini açıqlayıb.

Simsar.az-ın məlumatına görə, “ən güclü 100 qadın” siyahısına Almaniyanın baş naziri Angela Merkel rəhbərlik edir. 

Onu ABŞ xarici işlər naziri Hillari Klinton və Braziliyanın ilk qadın prezidenti Dilma Rousseff izləyir.

Ötən il siyahıda birinci olan ABŞ-ın birinci xanımı Mişel Obama bu il 8-ci yerdə qərarlaşıb. Ən güclü 100 qadından 65-i amerikalıdır. Türkiyədən ən güclü qadınlar arasında yalnız Sabancı Holdinqin idarə heyətinin sədri Gülər Sabancı yer alıb. O, 78-ci pilləni tutub.

85 yaşlı Britaniya Kraliçası II Elizabet 49-cu yerlə kifayətlənib. O, siyahıdakı ən yaşlı qadındır. 100 ən güclü qadının ümumilikdə 30 trilyon dollarlıq kapitalı idarə etdiyi qeyd edilir.

25 Avqust, 2011  17:28 Baxılıb: 908

Bu bölmədə