Simsar.az | bizi özünüzə Simsar bilin
"İran sabah hansı ölkəyə qaçacaqları barədə düşünsün"

Millət vəkilinin açıqlamasının arxasında nələr gizlənib?

"İrana məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar, sabah hansı ölkəyə qaçacaqları haqqında düşünsünlər, Azərbaycan haqqında yox". Bu açıqlamanı Modern.az-a müsahibəsində millət vəkili, YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov son günlər İran rəsmilərinin Azərbaycan əleyhinə açıqlamalarına münasibət olaraq bildirib. S.Novruzov açıqlamasında yaxın gələcəkdə İrana ehtimal olunan hücum zamanı bu ölkə vətəndaaşlarının sığınmaq üçün Azərbaycana üz tutmacaqlarını nəzərdə tutulub. Cənab Novruzovun fikirlərində kifayət qədər məntiq var. İran vətəndaşlarının regionda güvənə biləcəyi yeganə ölkə məhz Azərbaycandır.

25 Avqust, 2011  16:27 Baxılıb: 883

Bu bölmədə