Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin böyük oğlu öldürülüb

Amma bu xəbər də təsdiqini tapmayıb

Ərəb kütləvi informasiya vasitələri Liviya lideri Mümmər Qəddafinin böyük oğlu Məhəmmədin Tripolidəki döyüşlər zamanı öldürüldüyünü bildirirlər.

Simsar.az-ın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, bununla yanaşı, məlumat hələ təsdiq edilməyib.

Xatırladaq ki, bundan əvvəl Məhəmmədin və Qəddafinin digər oğlu Seyf əl-İslamın qiyamçılar tərəfindən tutulduğu iddia edilirdi. Amma az sonra Seyf əl-İslam xarici jurnalistlər qarşısına çıxaraq tutulmadığını nümayiş etdirdi. Məhəmmədin isə həbsdən qaçdığı bildirilirdi.

25 Avqust, 2011  16:22 Baxılıb: 871

Bu bölmədə