Simsar.az | bizi özünüzə Simsar bilin
“Kurtlar Vaidisi” ekranlara qayıdır

Serial TNT telekanalında yayımlanacaq 

Türkiyənin ən çox izlənilən “Kurtlar Vadisi Pusu” serialı yeni mövsümdə tamaşaçıların hüzürüna gələcək.

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə, 2003-ci ilin, yanvar ayında Türkiyənin “Show TV” kanalında yayımlanan serial, bu il TNT televiziyasında efir üzü görəcək.

9 ildir tamaşaçı rəğbəti qazanan “Kurtlar Vadisi”-nin yaradıcı heyyəti düşünür ki, digər kanalda olduğu kimi, serial TNT-də böyük tamaşaçı kütləsinin rəğbətini qazanacaq və yenə də reytinqləri üstələyəcək.

TNT kanalının rəhbəri fenomen serialın qısa zamanda ən çox izlənilən kanallar arasında yer alacağını bildirib.
Serial, yeni mövsümdə həmişəki vaxtında yayımlanacaq.

Aynurə

25 Avqust, 2011  16:15 Baxılıb: 1027

Bu bölmədə