Simsar.az | bizi özünüzə Simsar bilin
Parlamentdən tək övladlı ailələrə xoş müjdə

Təklifi dəstəkləyənlərin sayı artır

Ailənin tək oğlan övladının hərbi xidmətə çağırılmaması məsələsi cəmiyyət tərəfindən tez-tez qaldırılır və hesab edirəm ki, bu məsələ müzakirə olunub sonradan qanun halını ala bilər.


Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə 1999-cu ilə kimi ali təhsilin əyani şöbəsində təhsil alan oğlanların və evin tək oğlan övladının tamamilə hərbi xidmətdən azad edilməsi məsələsinin hərbi qanunvericilikdə yenidən nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətini bildirərkən dilə gətirib.

A.Mirzəzadənin qeyd etdiyinə görə, gələcəkdə mümkündür ki, tək oğlan övladları üçün hansısa bir digər nativ variant təklif edilsin və yaxud da, onlar, ümumiyyətlə, hərbi xidmətə çağırılmasınlar.

“Çünki nəzərə alsaq ki, tək oğlan övladı ailənin davamçısıdır, ailənin, artıq yaşlaşan valideynlərin sosial problemlərinin təminatçısıdır, ona görə bu zaman rəsmi statistikanı çıxararaq bu məsələni ciddi şəkildə müzakirə etmək olar” - deyə, komitə sədrinin müavini sonda qeyd edib.

25 Avqust, 2011  16:04 Baxılıb: 1004

Bu bölmədə