Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTİN SƏRƏNCAMI

Azərbaycan Prezidenti Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 11 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Yenigün-Aşağı Göycəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon (iki milyon üç yüz min) manatı Ağstafa rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

25 Avqust, 2011  00:51 Baxılıb: 967

Bu bölmədə