Simsar.az | bizi özünüzə Simsar bilin
KƏMALƏDDİN HEYDƏROV FƏLƏSTİN SƏFİRİNİ QƏBUL EDİB

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kareem A. Raheemini qəbul edib.

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Nazir Kəmaləddin Heydərov qonağa nazirliyin struktur bölmələri və fəaliyyəti haqqında ətraflı məlumat verərək tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Səfir də öz növbəsində, bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

24 Avqust, 2011  22:59 Baxılıb: 875

Bu bölmədə