Simsar.az | bizi özünüzə Simsar bilin
ÇİNDƏ KÖMÜR MƏDƏNİNİ SU BASIB

26 şaxtaçının taleyi məlum deyil

Çinin şimalındakı Heylonqdzianq vilayətində kömür mədənini su basıb. 19 şaxtaçı xilas edilsə də, 26-ı mədəndə qalıb. Onlarla əlaqə tam kəsilib. Ərazidə xilas işləri aparılır. Mədənin 40 min kub metrədək su ilə dolu olduğu ehtimal edilir. Suyun çıxarılması üçün 3 nasosdan istifadə edilir.

24 Avqust, 2011  22:26 Baxılıb: 997

Bu bölmədə