Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyalı məşhur müğənni Bakıya gəlməkdən imtina etdi

Onun konserti təxirə salınacaq

Rusiyanın xalq artisti Filipp Kirkorovun oktyabrda Bakıda solo konserti ilə çıxış edəcəyi barədə xəbərlər təsdiqlənməyib.

Müğənninin baş direktoru Gennadi Rıbakın “Vesti.az”a verdiyi məlumata görə, Bakıda heç bir konsert olmayacaq.

Lakin G.Rıbak F.Kirkorovun Bakıdakı konsertinin ləğv olunma səbəbini açıqlamayıb. “Hazırda Filipp Rusiya hüdudlarından kənardadır. Bakıdakı konsertə gəldikdə, o, olmayacaq. Bizim oktyabr və noyabr üçün qrafikimiz artıq tərtib olunub” deyə o bildirib.

Qeyd edək ki, Filipp Kirkorov Bakı səhnəsində ilk dəfə martda çıxış edib. Onun ifası bəstəkar İqor Krutoyun Heydər Əliyev Sarayındakı yaradıcılıq gecəsinə təsadüf edib. Həmin gün Kirkorov Bakıda konsert vermək istədiyini dəfələrlə təkrarlayıb.

24 Avqust, 2011  20:04 Baxılıb: 1106

Bu bölmədə