Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT QAZAXSTANA GEDƏCƏK

Oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfər edəcək.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.

Onun sözlərinə əsasən, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanacaq.

Səfir bildirib ki, prezidentin səfəri ayın 20-ə nəzərdə tutulub.

“İki gün davam edəcək səfərin proqramı çox zəngindir. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair dövlətlərarası sazişlər imzalanacaq. İmzalanacaq sənədlər arasında gəmi ticarəti, neft hasilatı və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər var”.

24 Avqust, 2011  19:03 Baxılıb: 935

Bu bölmədə