Simsar.az | bizi özünüzə Simsar bilin
PUTİNİN "QAFQAZ ALTIMDADIR" MESAJI

Rusiyanın baş naziri elə xalqalar var ki onlara müstəqillik verilməsinin əleyhinə çıxdı

“Şimali Qafqaz respublikaları müstəqil ola bilməz”. APA-nın məlumatına görə, Rusiyanın baş naziri bu sözləri Əhməd Kadırovun 60 illik yubileyi münasibətilə Çeçenistan dövlət televiziyasına verdiyi müsahibəsində deyib.


Putin bildirib ki, bəzi xarici dövlətlər Rusiyanın ayrı-ayrı bölgələrinə iqtisadi və siyasi dəstək verməklə mərkəzi dövləti zəiflətməyə çalışırlar: “Əgər dövlətin hər hansı bir bölgəsi özünü müstəqil elan edərsə, bu, həmin dövlətin sonda dağılmasına gətirib çıxaracaq. Çeçenistan prezidenti Əhməd Kadırovun dediyi kimi, Şimali Qafqaz respublikaları müstəqil ola bilməz. Bu cür müstəqil dövlətlər sonradan həmin güclər tərəfindən iqtisadi və mənəvi baxımdan işğal edilir. Bu ideya yalnız xarici dövlətlər tərəfindən Rusiyanı zəiflətmək məqsədi daşıyır”.

Baş nazir Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun müharibə və dağıntılar baş verən ölkədə sabitliyə və inkişafa nail olduğunu deyib: “Hər bir insan kimi Kadırovun da müəyyən problemləri ola bilər və bu təbiidir. Ancaq o etibarlı bir insandır və bunu çox yaxşı qiymətləndirirəm”.

24 Avqust, 2011  18:23 Baxılıb: 1231

Bu bölmədə