Simsar.az | bizi özünüzə Simsar bilin
AYAZ MÜTƏLLİBOVUN GEDƏCƏYİ TARİX MÜƏYYƏNLƏŞDİ

Keçmiş prezident ölkəni sentyabrda tərk edəcək

Bu barədə ASDP-nin digər həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, sabiq prezident ys mərasimi başa çatdıqdan, yəni sentyabrın 18-dən sonra ölkəni tərk edəcək: “Məndə olan məlumata görə, həmin tarixdən sonra Ayaz müəllim getməlidir”.

A. Əlizadə hazırda A. Mütəllibovun Bakıda ailə üzvləri ilə birlikdə olduğunu deyib.

Xatırladaq ki, A. Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verildiyi açıqlanıb.

24 Avqust, 2011  16:50 Baxılıb: 1020

Bu bölmədə