Simsar.az | bizi özünüzə Simsar bilin
Fransadan Azərbaycana cavab gəldi

Yenə eyni bəhanə

Azərbaycanın Fransaya ünvanladığı etiraz notasında bu ölkənin parlamentarilərinin işğal altındakı ərazilərimizə qeyri-qanuni səfəri ilə bağlı izahat tələb edilib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev İctimai Televiziyaya bildirib ki, artıq Fransa Xarici İşlər Nazirliyi etiraz notasına cavab verib.

Cavabda qeyd edildiyinə görə, parlamentarilərin Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımır və deputat qrupunun şəxsi təşəbbüsü ilə həyata keçirilib.

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Fransadan olan bir qrup deputatın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etdiyi, orada bir sıra görüşlər keçirdiyi barədə xəbərlər yayıb.

İTV

24 Avqust, 2011  15:51 Baxılıb: 1000

Bu bölmədə