Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan Bəşər Əsədə son sözünü dedi

"Qanında boğulacaq"

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Yaxın Şərq ölkələrini bürümüş etiraz dalğası, xüsusən də Liviya və Suriyada baş verən son hadisələrə münasibət bildirib. Baş nazir deyib ki, o, Suriyada axan qanın dayanmasını istəyir: “Zülmlə abad olmaq mümkün deyil. Zülmlə abad olmağa cəhd edənlər axıtdıqları qanda boğulacaqlar”.

Hökumət başçısı Liviyadakı proseslərə toxunaraq liviyalıların azadlığa yaxınlaşdıqları üçün sevindiyini bildirib: “Liviyadakı bütün qardaşlarımız da o arzuladıqları günə anbaan yaxınlaşırlar. Ümid edirəm ki, qardaşlarımız tezliklə sülhə, birliyə qovuşacaqlar”.

24 Avqust, 2011  15:45 Baxılıb: 981

Bu bölmədə