Simsar.az | bizi özünüzə Simsar bilin
ÇL-İN QRUP MƏRHƏLƏSİNƏ ADLAYAN İLK 5 KLUB

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulur.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparır.

Təəssüf ki, onların arasında Azərbaycan komandası yoxdu. Çünki bu turnirdəki təmsilçimiz “Neftçi” çıxışını elə ilk cəhddə dayandırmalı oldu. Elə Türkiyənin “Trabzonspor” klubu da mübarizəni erkən dayandırdığından bu mərhələdə qardaş ölkə klublarından da hansınasa azarkeşlik edə bilmirik.

Lakin “Neftçi”ni mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”su uğurlu çıxışını davam etdirir. Xorvatiya çempionu ÇL-in qrup mərhələsinə düşmək üçün İsveç “Malmö”sünü yolundan kənarlaşdırmalıydı ki, bunu bacarıb. İlk oyunda bu yolda böyük bir addım atan xorvatlar cavab görüşündə daha bir qol buraxsaydı, mübarizəni dayandıra bilərdilər. Lakin onlar bundan artığına imkan verməyiblər və ÇL-in qrup mərhələsində mübarizə aparmaq hüququna yiyələniblər.

"Dinamo" ilə yanaşı "Bayern" və "Villareal" da sürprizə imkan verməyib. Almanlar səfər matçında da "Zürich"i məğlub ediblər. İspanlar isə ilk oyunda qələbə qazanmış danimarkalılara evdə divan tutublar.

Kipr APOEL-i də böyük əzmkarlıq göstərib. Bu komanda da səfərdə uduzmasına rəğmən, doğma divarlar arasında həmin yenilginin əvəzini artıqlamasıyla çıxa bilib. "Genk" - "Maccabi" cütünün qalibini isə nəinki əsas, heç əlavə vaxtda da müəyyənləşdirmək mümkün olmayıb. Penaltilər seriyasında isə gülən tərəf isə elə meydan sahibləri olub.

Keçirilən və keçiriləcək bütün oyunların siyahısı ilə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, adları qara hərflərlə işarələnmiş klublar ÇL-in qrup mərhələsinə vəsiqə qazananlardı. Məğlub klublar isə birbaşa Avropa Liqasının qrup mərhələsinə yollanacaqlar.



Çempionlar Liqası



Pley-off mərhələsi


Cavab oyunları

23 avqust

APOEL (Kipr) - Wisla (Polşa) - 3:1 (1:0) (ilk oyun - 0:1)
Qollar: Pareyko, 29-öz qapısına, Aylton, 54, Tripkovski, 88 - Vilk, 72.

Genk (Belçika) - Maccabi (Hayfa, İsrail) - 2:1 (penaltilərlə 4:1) (1:2)
Qollar: Vossen, 36, Buffel, 41 - Qolasa, 37.

Malmö (İsveç) - Dinamo (Xorvatiya) - 2:0 (0:0) (1:4)
Qollar: Fiqueyredo, 69, Yansson, 86.

Villarreal (İspaniya) - Odense (Danimarka) - 3:0 (0:0) (0:1)
Qollar: Rossi, 50; 67, Marçena, 82.

Zürich (İsveçrə) - Bayern (Almaniya) - 0:1 (0:1) (0:2)
Qol: Qomes, 7.

22 avqust

21:00. Rubin (Rusiya) - Olympique (Lion, Fransa) (1:3)
23:45. Viktoria (Çexiya) - Copenhagen (Danimarka) (3:1)
23:45. Sturm (Avstriya) - BATE (Belarus) (1:1)
23:45. Benfica (Portuqaliya) - Twente (Hollandiya) (2:2)
23:45. Udinese (İtaliya) - Arsenal (İngiltərə) (0:1)

24 Avqust, 2011  15:17 Baxılıb: 997

Bu bölmədə