Simsar.az | bizi özünüzə Simsar bilin
Amnistiya olmayacaq

Məlahət İbrahimqızı açıqlama verdi

Bunu Simsar.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı bildirib. O deyib ki, amnistiya aktının qəbul edilməsi üzvü olduğu komissiyasının deyil, Azərbaycan parlamentinin səlahiyyətləri daxilində olan məsələdir: “Amnistiya aktı zamanı azadlığa buraxılma halları cinayət maddələrinə şamil edildiyi üçün bu, Milli Məclisin səlahiyyətindədir. Biz, yalnız əfvlə bağlı fərdi qaydada edilmiş müraciətləri araşdırır və bunlarla bağlı ölkə prezidentinə müraciət edirik”.

M. İbrahimqızı onu da deyib ki, Prezident yanında Əfv Məsələləri Komissiyası hansısa xüsusi günə görə işləmir: “Bu, daimi komissiyadır. Biz, komissiyaya daxil olan müraciətləri davamlı olaraq araşdırır və aiddiyatı quruma təqdim edirik”.

Deputat bildirib ki, əgər müstəqilliyin 20 illiyi ilə bağlı geniş amnistiya aktının qəbul edilməsi məsələsi parlamentin müzakirəsinə çıxarılarsa, o da, Milli Məclisin üzvü kimi bu akta müsbət münasibət bildirəcək. Deputat, bununla belə, əfv komissiyasının amnistiya aktı ilə bağlı müraciətlərə qarışmadığını qeyd edib.

23 Avqust, 2011  22:45 Baxılıb: 932

Bu bölmədə