Simsar.az | bizi özünüzə Simsar bilin
Yəmən parlamentinin sədri öldü

Abdullah Saleh silahdaşını itirdi

 İyunda Prezident Sarayının atəşə tutulması nəticəsində prezident Əli Abdullah Saleh ilə birlikdə yaralanan parlamentin sədri Əbdüləziz Əbdülqani dünən xəstəxanada dünyasını dəyişib. APA-nın məlumatına görə, parlament sədri olmazdan əvvəl hökumətə rəhbərlik etmiş Əbdülqani sabah Sənada dəfn olunacaq. Yəmənin milli təhlükəsizlik naziri Əli Məhəmməd Əl Ansi iyun ayında baş verən terror aktının təşkilatçılarının adlarının yaxın vaxtlarda açıqlanacağını deyib.

23 Avqust, 2011  18:42 Baxılıb: 930

Bu bölmədə