Simsar.az | bizi özünüzə Simsar bilin
Türk əsgəri PKK-çıları darmadağın edir

100-ə yaxın terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bir müddətdir İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, Baş Qərargah 17-22 avqust tarixlərində havadan hərbi təyyarələrlə İraqın şimalında 132 hədəfə, qurudan uzaqvuran toplarla isə 349 hədəfə zərbələr endirildiyini açıqlayıb. Bombardmanlar nəticəsində 90-100 terrorçunun məhv edildiyi müəyyənləşib. Yaralı terrorçuların sayı 80-dən çoxdur.

PKK-ya məxsus çoxlu sayda mağara, sığınacaq, bina-tikili, cəbbəxana, nəzarət məntəqələri də dağıdılıb. Baş Qərargah hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

23 Avqust, 2011  18:32 Baxılıb: 953

Bu bölmədə