Simsar.az | bizi özünüzə Simsar bilin
Şeyx Çeçenistanda

Müftilər Şurasının iqamətgahında ikitərəfli görüş keçirilib

Rusiya Federasiyası Çeçenistan Respublikasında Beynəlxalq İslam Konfransı keçirilir. Tədbirdə iştirak etmək üçün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu səhər Qroznıya yola düşüb.

ANS TV-nin Qrıznıda olan müxbirinin verdiyi məlumata görə, Hacı Allahşükür Paşazadəni Qroznı hava limanında Müftilər Şurasının sədri qarşılayıb. Qarşılanma mərasimindən sonra Müftilər Şurasının iqamətgahında ikitərəfli görüş keçirilib. Görüşdə dini sahədə bütün istiqamətlər üzrə hərtərəfli müzakirələr aparılıb.

Daha sonra sonra onlar Beynəlxalq İslam Konfransının keçirildiyi Çeçenistan rəhbərinin iqamətgahına yollanıblar. Konfrans Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun 60 illiyinə həsr olunub. Konfransda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə iştirakçılara Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məktubunu oxuyub. Beynəlxalq konfransdan sonra Şeyxi Hacı Allahşükür Paşazadənin Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun məzarını ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadə 60 illik yubiley çərçivəsində digər tədbirlərə də qatılacaq.

23 Avqust, 2011  18:27 Baxılıb: 937

Bu bölmədə