Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycandan Fransaya etiraz notası

Dağlıq Qarabağa növbəti icazəsiz avropalı səfəri 

Fransa Milli Yığıncağının milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, “Xalq hərəkatı uğrunda şura” parlament fraksiyasının üzvü Gi Tesye 3 həmkarı ilə birgə erməni işağlı altında olan Azərbaycan torplaqlarına -Dağlıq Qarabağa səfər edərək, qondarma respublikanın "parlamentariləri" ilə görüşüb. Simsar.az "Armenia Today" saytına istinadən xəbər verir ki, guya regiondakı münaqişəni daha yaxşı öyrənmək istəyən fransalı parlamentari ermənilərin tarixən bu torpaqlarda dərin köklərə malik olduğunu bildirib: “Ermənistana səfər edərək biz bu ölkə ilə dostluğumuzu nümayiş etdiririk, Dağlıq Qarabağa isə gələrkən biz bu “ölkə” ilə həmrəyliyimizi göstəririk”.

Separatçı rejmə dəstək olduqlarını gizlətməyən, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri-Fransanın parlamentarisi Gi Tesye utanmadan hələ məsələni qaldırmaq qərarına gəlib: “Dostlarımıza baş çəkiriksə, burda pis nə var ki? Məgər bizim bu azad ölkəyə (?) səfər etməyə və dostlarımızla sərbəst görüşməyə haqqımız yoxdur?”

Gi Tesye bir tərəfə, Fransa parlamentinin xarici əlaqələr komissiyasının katibi, Vyen şəhərinin meri Jak Remilye qeyd edib ki, Qarabağ uğrunda mübarizə (?) ilə bağlı rəğbətini bildirmək məqsədi ilə Dağlıq Qarabağa şəxsən gəlib: “Demək istəyirəm ki, Qarabağın xalqının müstəqilliyin elan edilməsinə, eləcə də məsələn, Kosovo kimi beynəlxalq ictimaiyyət tərəfindən müstəqilliyinin tanınmasına hüququ var”.

Ermənistanın Azatutyun radiostansiyası isə xəbər verib ki, fransız deputatlar səfər çərivəsində separatçı rejmin rəhbəri Bako Saakyanla görüşəcəklər.

Xatırladaq ki, son bir neçə ildə deputat Fransua Roşbluanın rəhbərlik etdiyi parlament heyəti bir neçə dəfə Dağlıq Qarabağa səfər edib və Azərbaycanın “qara siyahı”sına daxil ediliblər.

Artıq Azərbaycanın Parisdəki səfirliyi fransalı deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa Xarici işlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin birinci katibi Elman Abdullayev məlumat verib.

23 Avqust, 2011  18:21 Baxılıb: 906

Bu bölmədə