Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Abbasov Türkiyədə

Nazir konfransda çıxış edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səfər çərçivəsində Ə.Abbasov səfirlik əməkdaşları ilə birlikdə Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib.

Daha sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş “İdarəetmə və optimizasiyanın sənayedə tətbiqi” adlı Beynəlxalq Konfranslar seriyasının 3-sü Türkiyənin nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunub. Sözügedən konfransın açılış nitqini Ə.Abbasov edib. Ardından nazir, Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün ilə görüşüb.

Ə.Abbasov Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımla da bir araya gəlib. Nazirlər qarşılıqlı olaraq iki dost və qardaş ölkə əlaqələri haqqında xoş və səmimi ifadələrinin bəyanı ilə yanaşı, fəaliyyət göstərdikləri sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzərində fikir mübadiləsi aparıb, birgə fəaliyyətin əhəmiyyəti xüsusunda razılığa gəlib.

23 Avqust, 2011  17:43 Baxılıb: 921

Bu bölmədə