Simsar.az | bizi özünüzə Simsar bilin
Mərkəzi Bankdan ləğv qərarı

Dəfələrlə xəbərdarlıq edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəllər məhdud bank əməliyyatlarının aparılması üçün kredit ittifaqlarına verilən beş lisenziyanı ləğv edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin yaydığı xəbərdə deyilir.

AMB-nin qərarı ilə avqustun 11-dən İmişli rayonundakı İlham Kredit İttifaqının (2003-cü il oktyabrın 31-də verilib), Lənkəran rayonundakı Araz Kredit İttifaqının (8 yanvar 2004-cü il), Culfa rayonundakı Culfa Kredit İttifaqının (8 aprel 2004-cü il), Tovuz rayonundakı Əlimərdanlı Kredit İttifaqının (15 fevral 2005-ci il), Bakı şəhərindəki Xoş Həyat Kredit İttifaqının (7 aprel 2006-cı il) lisenziyaları ləğv edilib.

Məlumatda deyildiyi kimi, qərar bir il müddətində bank əməliyyatlarının dayandırılması, dəfələrlə edilən rəsmi xəbərdarlıqlara baxmayaraq iqtisadi tənzimləmə normativlərinin müntəzəm olaraq pozulması, eləcə də illik auditin aparılmaması səbəbi ilə qəbul olunub.

Lisenziyaların ləğvi ilə əlaqədar Təsviyyə komissiyası yaradılıb və ləğvetmə işlərinə başlanılıb.

23 Avqust, 2011  17:20 Baxılıb: 1145

Bu bölmədə