Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyalılar Ağ Ev qarşısında şükür namazı qıldılar

Liviyanın “Şəhidlər Meyda”nında təbrik nümayişləri səhərə qədər davam edib

Simsar.az saytının ensonhaber.com- istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında yaşayan liviyalılar Ağ Ev qarşısında Qəddafinin gedişinə görə şükür namazı qılıblar. Dünyanın dörd bir tərəfindəki Liviyalılar bu günü sevinclə, təntənəli şəkildə qeyd ediblər.

6 aydır sürən vətəndaş müharibəsi davam etsə də, Qəddafinin harada olduğu bilinmir. Qəddafinin sadiq əsgərləri, tanklar və snayperlərinin dəstəyi ilə müqaviməti davam etdirir.

Müxalifətçilər Liviyanın paytaxtı Trablusa ciddi müqavimət göstərərək, Muammer Qəddafinin 3 oğlunu və şəhərdə nəzarəti ələ keçiriblər.

Dövlət televiziyası vasitəsi ilə kadrları yayımlanan Qəddafi son məktubunda belə deyib: "Qorxuram Trablusu yandırsınlar. Şəhər Bağdada döndü, Trablusa girmələrinə necə icazə verirsiniz? Cəbhələri açıram. Bütün Liviyalılar bu döyüşə qatılsın . Qorxan varsa, silahı anasına və ya bacısına versin. Çıxın, sonuna qədər sizinləyəm. Trablusdayım. Qazanacağıq”.

Bəzi müxalifətçilərin fikrinə görə, Qəddafi hələ də hansısa tunneldə gizlənib. Digərləri isə Liviya liderinin doğulduğu şəhər olan Sirteye sığındığını, ya da Trablusun xaricində gizli bir sığınacağa qaçdığını deyir.

Cənubi Afrikanın təmin edəcəyi təyyarə ilə Angola, Malta və Zimbabevə qaçmaq istədiyi də iddia edilir. Lakin dünən Cənubi Afrika bu mövzuda hər hansı bir kömək etməyəcəyini açıqlayıb.

Trablus Havalimanı da daxil olmaqla hər yer müxalifətçilərin
əlinə keçdiyi üçün Qəddafinin işi çətinləşib. Malta hökuməti bildirib ki, Qəddafi və ya Liviya hökumətinin axtarılan üzvləri dərhal həbs olunaraq Hollandiyanın Haaqa Kentindəki Beynəlxalq Cəza Məhkəməsinə təslim ediləcək.

Cümə günü İtaliyaya qaçan Qəddafinin köhnə sağ qolu Abdulselam Callud isə "O əsla təslim olmaz. Hitler kimi sığınağında intihar edəcək qədər cəsur da deyil" – deyə açıqlama yayıb.

NATO və baş katibi Rasmussen Qəddafiyə Qəddafiyə “Təslim ol”, "Vəzifəni tərk et" çağırışları edib. NATO, Qəddafinin 48 saat içində təslim olmayacağı təqdirdə qərargahını bombalayacağını və təslim olana qədər münaqişənin davam edəcəyini dilə gətirib: “Qəddafi ən gec 48 saat içində vəzifəsini tərk etməli və qərargahına ağ bayraq asmalıdır”.

Müxalifətçilər Qəddafi əsgərlərinin nümayişlərinə səhnə olan Yaşıl meydanı da ələ keçirib. Adı "Şəhidlər Meydanı" adlandırılan bu sahədə insanlar hava fişəngləri ilə sevinclərini nümayiş etdiriblər. Meydandakı qadınlar "Bitdi, başa düşdünmü buruq saçlı baş” deyə şüarlar səsləndiriblər.

Meydanın ortasına Obama, Sarkozi, Cameron, Susan Raysın fotoşəkillərinin olduğu, "Fantastik dördlük, Tanrı sizi qorusun, hər şey üçün sağ olun" yazılı plakatlar da olub.

Müxaliflər paytaxtın 75 faizini ələ keçirsə də, Qəddafinin qoşunlarının əksəriyyəti silah yerə qoysalar da, şəhərdə silah səsləri hələ dayanmaq bilmir.

Türkiyə də daxil olmaqla 32 ölkənin "Liviya xalqının qanuni nümayəndəsi" olaraq tanıdığı Müvəqqəti Milli Şuranın, Qəddafidən sonrakı dövrdə ilk olaraq yeni bir konstitusiyanın yaradılacağını, ardından seçkilərin təşkil olunacağını, bu yerlər insan hüquqlarına hörmət ediləcəyi açıqlanıb. Hələlik Şuranın sədri Mustafa Abdülcəlil olsa da, keçən həftə İtaliyaya qaçan Qəddafinin köhnə sağ qolu Abdulselam Callud gələcəyin Livya lideri olaraq iddia edilir. İtaliya xarici işlər naziri Franco Frattini də namizəd olaraq Calludu göstərib.

Aynurə


23 Avqust, 2011  17:05 Baxılıb: 1019

Bu bölmədə