Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyevin yüksək səviyyəli qonağı olub

Azərbaycan Müdafiə naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisi ilə görüşb

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazir Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir. Minsk Qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnamısi də indiyədək icra olunmayıb. Müdafiə naziri belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb.

S.Əbiyev bu təklifə öz razılığını bildirib.

Anar

23 Avqust, 2011  16:44 Baxılıb: 930

Bu bölmədə