Simsar.az | bizi özünüzə Simsar bilin
MÜTƏLLİBOVA BAKIDA NƏ QƏDƏR QALMAĞA İCAZƏ VERİLİB

Araz Əlizadə Fuad Ələsgərovdan sitat gətirdi  

Azərbaycanın ilk prezidenti, ASDP həmsədri Ayaz Mütəllibov iki həftədir Bakıdadır. O, vətənə oğlunun vəfatı ilə əlaqədar gəlib. 18 ildən sonra ölkəyə qayıdan keçmiş prezidenti vətəndə qalıb-qalmayacağı ilə bağlı ziddiyyətli xəbər verilir. A.Mütəllibovun mətbuatla təmas qurmaması da müəmmaları daha da dərinləşdirir.

Simsar.az-ın məlumatına görə, ASDP həmsədri Araz Əlizadə “Yeni Müsavat” qəzətinə açıqlamasında xəbərlərə qismən də olsa aydınlıq gətirib. “Fuad Ələsgərov müsahibəsində bildirib ki, Ayaz Mütəllibova Bakıda yas dövründə qalmağa icazə verilib”. 
Bu müddətdə Ayaz Mütəllibovun rəsmi və ya qeyri-rəsmi heç bir görüş keçirmədiyini, Bakıdan kənara çıxmadığını deyən A.Əlizadə eks-prezidentin yalnız ailəsinin içərisində olduğunu bildirib.

Anar

23 Avqust, 2011  16:31 Baxılıb: 955

Bu bölmədə