Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRK XALQI QƏLƏBƏ QAZANDI

Ermənistanla sərhəd açılımına xidmət edən protokollar qüvvədən düşdü

İki il öncə ABŞ-ın dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və Avropa Birliyinin xarici işlər üzrə komissarı Havyer Solananın şahidliyi ilə Sürixdə yaşanan hadisə Türkiyə ilə Azərbaycan arasında rəsmi narazılğıa səbəb oldu. İctimaiyyət və hakimiyyət nümayəndələri qardaş ölkənin bu mövqeyinə kəskin etiraz etdi. Bu olay hətta hər iki ölkənin bayrağlarını da hədəfə çevirdi.

Bi müddət sonar isə qarşlıqlı anlaşma nəticəsində, daha doğrusu rəsmi Ankaranın “Qarabağ Azərbaycana qaytarılmayana qədər Ermənistanla sərhədləri açmayacağıq” bəyanatının səslənməsi səbəbindən münasibətlər əvvəlki məcrasına qayıtdı.

İndi isə xəbər yayılır ki, ümumiyyətlə protokollar mövzusu qapandı və sənədlər hüquqi qüvvəsini itirdi.

Bunu hadisə hesab etmək olar. Bir az da qabağa gedib “Türk xalqı qələbə qazandı” demək də mümkündü.

Anar İsaoğlu

23 Avqust, 2011  15:41 Baxılıb: 1158

Bu bölmədə