Simsar.az | bizi özünüzə Simsar bilin
Davudoğlu üsyançılara qoşuldu

Türkiyə xarici işlər naziri Benqaziyə gedir

Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlu müxalifətlə görüşmək üçün bu gün Benzaqiyə gedir. O, Liviya müxalifətinin Müəmmar Qəddafinin son “dayaq nöqtəsi” olan Tripolini ələ keçirməsini “Liviya üçün tarixi bir gün” kimi dəyərləndirib.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün müxalifətlə görüşmək üçün Benqaziyə yola düşən Davudoğlu yeni Liviyanın qurulmasını qarşıda duran ən vacib mərhələ olduğunu vurğulayıb.

"Yeni Liviya xalqın tələblərinə uyğun demokratik, vahid və azad Liviya olmalıdır. Düşünürəm ki, beynəlxalq ictimaiyyətin səyi ilə Milli Keçid Şurası liderliyində Liviya müvəffəqiyyətlə yenidən qurulacaq. Qarşıdurmaların dayanması və yeni siyasi prosesin başlaması böyük əhəmiyyət daşıyır”, - deyə Davudoğlu bildirib.

23 Avqust, 2011  15:33 Baxılıb: 931

Bu bölmədə