Simsar.az | bizi özünüzə Simsar bilin
Xüsusi Dövlət Mühafizə Xidmətinin günü

Tarixə ekuskursiya

Bu gün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranma günüdür.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 avqust 1993-cü il tarixində (AR Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin Sədri tərəfindən) Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanıb. Azərbaycan Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır. Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılıb. Prezidentin 31 may 2003-cü il tarixli 873 saylı digər Fərmanı ilə həmin İdarənin Əsasnaməsi təsdiq edilib.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıb. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.

23 Avqust, 2011  15:23 Baxılıb: 2759

Bu bölmədə