Simsar.az | bizi özünüzə Simsar bilin
Liviya səfirliyinə hücum

Hadisə Afinada olub

Müxalifət qüvvələrinin paytaxt Tripoliyə nəzarəti ələ aldığı barədə xəbərlərdən sonra Yunanıstanın paytaxtı Afinada bir qrup liviyalı mühacir Liviyanın bu ölkədəki səfirliyinin binasına hücum edib. Trendə-ə Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi əleyhinə şüarlar səsləndirən onlarla nəfərlik qrup Liviya bayrağını endirərək, Milli Keçid Şurasının bayrağını qaldırıb, Qəddafiyə cəzalandırılmasını tələb ediblər.

Hücum zamanı Liviyanın Yunanıstandakı səfirinin binada olmadığı bildirilir.

23 Avqust, 2011  15:06 Baxılıb: 905

Bu bölmədə