Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin daha bir oğlu ələ keçirilib

Liviya lideri Müəmmər Qəddafinin daha bir oğlu - Səədi üsyançılar tərəfindən ələ keçirilib.

Bu barədə Simsar.az "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Daha öncə üsyançıların Müəmmər Qəddafinin oğulları Seyf əl-İslam və Məhəmmədi ələ keçirdikləri barədə məlumat verilmişdi. Liviya liderinin özünün taleyi barədə heç nə məlum deyil. Bəzi məlumatlara görə, Qəddafi hələ də Tripolinin Bab-əl-Əziziyyə rayonundakı iqamətgahındadır.

23 Avqust, 2011  02:36 Baxılıb: 919

Bu bölmədə