Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTİN SƏRƏNCAMI

İlham Əliyev "Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb

Sərəncamda 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Qusar Rayon İcra Hakimiyyətinə ayrılması qeyd olunur.

Nəzərdə tutulan maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.

23 Avqust, 2011  00:43 Baxılıb: 929

Bu bölmədə