Simsar.az | bizi özünüzə Simsar bilin
NATO Qəddafinin iqamətgahını bombalayacaq

Mülki xalqa məhəllədən uzaqlaşmaq barədə xəbərdarlıq olundu, Liviya prezidentinin yeri də hələ məlum deyil

NATO Liviya prezidenti Müəmmər Qəddafinin paytaxt Tripodidə iqamətgahının yerləşdiyi Bab əl-Əziz məhəlləsini bombalayacağını bəyan edib və mülki xalqı bu məhəllədən uzaqlaşmağa çağırıb. Simsar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, NATO Müəmmər Qəddafiyə sadiq qüvvələrin hamısı təslim olana qədər əməliyyatların davam edəcəyi barədə xəbərdarlıq edib. 

Dövlət binalarını ələ keçirən qiyamçılar isə insanları evlərindən çaxmamağa çağırıb.

Bu arada Liviya prezidentinin olduğu yerlə bağlı ziddiyyətli açıqlamalar yayılmaqdadır. Malta hökuməti Müəmmər Qəddafinin bu ölkədə olduğu barədə xəbəri təkzib edib. “Əl-Cəzirə” telekanalının son iddiasına görə isə Müəmmər Qəddafi hazırda Tunisdədir.

22 Avqust, 2011  23:05 Baxılıb: 945

Bu bölmədə