Simsar.az | bizi özünüzə Simsar bilin
ALLAHŞÜKÜR PAŞAZADƏ QROZNIYA GEDİR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 23-də RF Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yola düşür.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, Çeçenistanın Ruhani İdarəsinin dəvəti əsasında həyata keçirilən səfərdən məqsəd avqust 22-24-də Qroznıda "Sufizmin İslamda yeri və rolu" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Mötəbər tədbir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun 60 illik yubileyinə həsr olunub.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

22 Avqust, 2011  22:16 Baxılıb: 871

Bu bölmədə