Simsar.az | bizi özünüzə Simsar bilin
NATO Qəddafinin son aqibətinə aydınlıq gətirdi

Anders Foq Rasmussen : "Onlar yeni başlanğıc üçün fürsət əldə ediblər"

NATO baş katibi Anders Foq Rasmussen Müəmmər Qəddafi rejiminin dağıldığını bəyan edib və Liviyada hakimiyyətin dinc yolla təhvilinə çağırıb.

"Qəddafi rejiminin dağıldığı aydın görünür. Qəddafi öz xalqına qarşı mübarizəsində qələbə qazanmayacağını nə qədər tez anlasa, Liviya xalqı qan tökülməsindən və əzab-əziyyətdən yaxa qurtara bilər. Liviya xalqı Qəddafinin 40 ildən çox idarəçiliyi dövründə çox əziyyət çəkib. İndi onlar yeni başlanğıc üçün fürsət əldə ediblər. İndi BMT Təhlükəsizlik Şurasının da tələb etdiyi kimi dinc sakinlərə qarşı hər cür hədələrin dayandırılmasının vaxtıdır. İndi yeni Liviya, bünövrəsi qorxu, diktatorluq deyil, azadlıq və demorkratiya olan dövləti qurmağın vaxtıdır. Bu keçid isə dinc yolla baş tutmalıdır. Buna Liviya xalqı qərar verməli və rəhbərlik etməlidir. NATO Liviya xalqı və böyük məsuliyyət daşıyan Keçid Milli Şurası ilə işləməyə hazırdır"-deyə NATO baş katibi bildirib.

Anders Foq Rasmussen NATO-nun bu münaqişə boyunca əsas məqsədinin Liviya xalqını mühafizə etməkdən ibarət olduğunu deyib. Onun sözlərinə görə Liviyanın gələcəyi bu xalqa aiddir, BMT və Əlaqələndirici Qrup başda olmaqla, beynəlxalq ictimaiyyət isə onlara kömək etməlidir.

Həmas qruplaşması da paytaxt Tripoliyə daxil olan Liviyalı üsyançıları təbrik edib. "Həmas ümid edir ki, bu qələbə Liviya xalqının tarixində dönüş nöqtəsi, azadlıq və firavanlığa gedən yolda isə başlanğıc olaqacaq"-Həmasın bəyənatında belə deyilir.

22 Avqust, 2011  19:23 Baxılıb: 984

Bu bölmədə